Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2021 16:08
Bakı. Trend:
“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilir.
Birlikdən Trend-ə verilən məlumata görə, layihənin əsas məqsədi kəndlərdə sahibkarlığın inkişafı, məşğulluğun təmin edilməsi və əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət etməkdir. Layihənin əsas hədəf qurupu İsmayıllı rayonunun Buynuz, Xanəgah, Təzəkənd kəndləri və Lahıc qəsəbəsinin sakinləri, xüsusi ilə işsiz gənclər, gənc ailələr və qadınlar, şəhid ailələri, qazilər və onların ailə üzvləridir.
Layihə 7 ay müddətində 4 mərhələdə davam edəcək. 1-ci mərhələ “ictimai maarifləndirmə” mərhələsidir ki, artıq kəndlər üzrə yerli əhali ilə üzbəüz görüşlər keçirilib, onlar layihə haqqında məlumatlandırılıb. Bu mərhələdə 300 nəfərə yaxın kənd əhalisinin məlumatlandırırlması həyata keçirilib və bir qrup kənd sakini layihədə iştirak haqqı qazanıb. Hal-hazırda layihə iştirakçılarının qeydiyyatı davam edir.
Qeydiyyatdan keçmək üçün 25 yanvar 2021-ci il tarixinə qədər bizimdiyar.az saytına müraciət etmək və ya +994503418504 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.