Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2021 17:58
Ölkəyə hər hansı məhsul idxal edilərkən Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar və baytarlıq nöqteyi-nəzərindən nəzarət tədbirləri həyata keçirilir. Malın sertifikatla eyniliyi, idxal tələblərinə uyunluğu araşdırılır. Şübhəli hal olarsa, mərkəzi fitosanitar laboratoriya və ya digər regional laboratoriyalarda qiymətləndirmə aparılır.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Camal Quliyev "Təhlükəsiz qida" verilişində ölkə ərazisində həyata keçirilən fitosanitar nəzarət tədbirləri haqqında danışarkən bildirib. O qeyd edib ki, zərərli orqanizm aşkar edilərsə, məhdudlaşdırıcı və ya zərərsizləşdirmə tədbirləri həyata keçirilir. Tələblərə uyğun olduqda ölkəyə idxal olunmasına icazə verilir.
C. Quliyev, həmçinin 2020-ci il ərzində idxal olunan bitkilərdə rast gəlinən zərərvericilərdən danışıb: "2020-ci il ərzində Azərbaycanda idxal edilən bitki məhsullarında daha çox karantin tətbiq edilən alaq otları aşkar edilib. Həmçinin anbar zərərvericiləri, kartof məhsullarında hematodlar aşkarlanıb. Dənli-taxıl bitkilərində xüsusi aqreqatlar vasitəsilə rahatlıqla alaq otlarını təmizləmək olur. Bəzi hallarda isə məhsullarda zərərverici aşkarlandıqda həmin məhsullar məhv edilir və ya idxal və ixrac məhsullarından imtina olunur. Bütün bunlar zərərvericilərin ölkəyə daxil olmamasına hesablanıb".