Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2021 18:05
Bakı. Ceyhun Ələkbərov - Trend:
İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İCESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikinin həyat yoldaşı xanım Yusra Hussain Al Jazairy Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət edib.
Bu barədə Trend-ə qoruqdan bildiriblər.
Xanım Yusra Hussain Al Jazairy əvvəlcə qoruq ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlarla tanış olub. Qonağa Qobustan qayaüstü abidələri, qayaüstü təsvirlər və burada aparılan arxeoloji tədqiqat işləri nəticəsində əldə olunmuş maddi mədəniyyət nümunələri barədə ətraflı məlumat verilib.
Qobustanda aparılan tədqiqatlar nəticəsində burada 7 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edildiyi qonağın diqqətinə çatdırılıb. Qeyd edilib ki, bəşər sivilizasiyasının ilkin izlərini özündə əks etdirən Qobustan abidələri 2007- ci ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına, 2019- cu ildə isə İSESCO- nun İslam İrsi Siyahısına daxil edilib.