Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Barselona" sabiq futbolçusunu transfer etdi

Tarix: 17 Iyul 2019 09:56

"Barselona” heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi “Eybar”dan Mark Kukurelyanı transfer edib. "Barselona"nın bu transferə görə “Eybar”a 4 milyon avro təzminat ödəyəcəyi bildirilib. Ancaq futbolçunun müqavilə müddəti və digər detallar açıqlanmayıb.

Qeyd edək ki, 20 yaşlı ispaniyalı müdafiəçi “Barselona”nın yetirməsidir. O, 2018-ci ilin yayında “Eybar”a keçmişdi.
 


Etiketlər:  Barselona sabiq futbolçusunu transfer etdi


RƏYLƏR