Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tesla dizayner axtarır - Nə az, nə çox, 20 illik təcrübə tələb olunur

Tesla dizayner axtarır - Nə az, nə çox, 20 illik təcrübə tələb olunur

Tarix: 14 Yanvar 2021 19:56

Elektromobil istehsalında qabaqcıl rol oynayan Tesla çinli müştərilər üçün elektrikli nəqliyyat vasitələri dizayn etməyi düşünür. Bu məqsədlə Şanxay və ya Pekində müəssisə açmağı planlaşdırır. Bundan əlavə, şirkət açacağı studiyaya rəhbərlik etmək üçün təcrübəli dizaynerlər axtarır.

Milli.Az ted.az-a istinadən bildirir ki, Teslanın insan resursları şöbəsi artıq 4 aydır, bu istiqamətdə araşdırma aparır. Dizaynerlər üçün əsas şərt isə 20 illik və daha çox təcrübəyə sahib olmalarıdır.

Bəzi mənbələrə görə, dizayn direktoru işə götürüldükdən sonra 20 nəfərlik yeni heyət də gətiriləcək.

Görünən odur ki, Çində böyük bir müəssisə quran və yüz minlərlə elektromobil satan Tesla bu ölkədə fəaliyyətini genişləndirməyə hazırlaşır.

Milli.Az


Etiketlər:  Tesla dizayner axtarır az çox 20 illik təcrübə tələb olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ