Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Global Technology Services şirkəti “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid” prosesini dəstəkləyir

Global Technology Services şirkəti “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid” prosesini dəstəkləyir

Tarix: 15 Yanvar 2021 10:32

Bakı. Trend:

Global Technology Services şirkəti icra hakimiyyətləri və digər icraedici strukturların işini asanlaşdırmaq, optimallaşdırmaq və daha effektiv nəticələr əldə etmək üçün yeni elektron platforma təklif edir. Bu platforma elektron idaəetmə sisteminin tətbiq edilməsini, sakinlərin məmnuniyyətinin yüksəldilməsini və dövlət idarəetmə orqanları ilə vətəndaşlar arasındakı münasibətlərin mütərəqqi inkişafını, eləcə də dövlət orqanlarının fəaliyyətində səmərənin artırılmasını təmin edəcək.

Bundan əlavə sözügedən layihə “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid” istiqamətində atılmış çox mühim addım olacaq.

Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hazırlanıb təqdim edilmiş esabail.az layihəsinin müəllifi olan şirkət bu təcrübədən yararlanaraq və artıq bütün icra hakimiyyətləri üçün günün tələbinə çevrildiyini nəzərə alaraq, icraedici və idarəedici strukturlar üçün daha təkmil, daha funksional platforma təmin etməyi vəd edir.


Etiketlər:  Global Technology Services şirkəti Elektron hökumətin inkişafı rəqəmsal hökumətə keçid prosesini dəstəkləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ