Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hirkan Milli Parkındakı yanğının qarşısı nisbətən alınıb - YENİLƏNİB

Hirkan Milli Parkındakı yanğının qarşısı nisbətən alınıb -  YENİLƏNİB

Tarix: 15 Yanvar 2021 12:28

12:26

Ərazidə külək səngisə də, Hirkan Milli Parkında yanğın hələ davam edir. Lakin gecə saatlarına nisbətən yanğının qarşısı nisbətən alınıb.

Milli.Az bildirir ki, bunu ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

Onun sözlərinə görə, dünən gecə saatlarından başlayan yanğın Hirkan Milli Parkının İranla həmsərhəd əraziyə yaxın -Astarada baş verib.

F.Əliyev qeyd edib ki, küləyin güclü olması və relyefin mürəkkəb olması əraziyə yanğınsöndürənlərin müdaxiləsini çox çətinləşdirir. Buna görə də ancaq əl əməyindən istifadə olunur:

"Hirkan Milli Parkının və ərazidəki meşə müəssisəsinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli bölməsi, kənd camaatı yanğının söndürülməsinə iştirak edirlər.Səhər saat 8.30-da bir qrup heyət də yanğının söndürülməsinə əlavə kömək üçün göndərilib".

--------

10:56

Hirkan Milli Parkında (Astara rayonu ərazisi) yanğın davam edir. Yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin güclənməsi səbəbindən bir qədər də çətinləşib.

Yanğının söndürülməsi və geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyindən (FHN) əlavə qüvvələr cəlb olunub.

Hazırda Cənub Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları mürəkkəb relyef şəraitində (yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur) yanğınsöndürmə işlərini həyata keçirirlər.

Bu gün səhər saatlarından etibarən FHN-nin Aviasiya dəstəsinin "BE-200ÇS" amfibiya təyyarəsi yanğının söndürülməsinə cəlb olunub.

Milli.Az


Etiketlər:  Hirkan Milli Parkındakı yanğının qarşısı nisbətən alınıb YENİLƏNİB


RƏYLƏR