Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2021 11:28
Bakı. Fidan Babayeva, Orxan Nəbiyev - Trend:
"Anglo Asian Mining" şirkəti Azərbaycanda 2020-ci ildə rekord həddə, 100 milyon dollardan çox gəlir əldə edib.
Trend bu barədə şirkətin hesabatına istinadən məlumat verir.
Qeyd olunur ki, buna səbəb il ərzində ölkədə qiymətli metalların baha olması olub.
"Anglo Asian Mining" Mərkəzi Asiyada qızıl, mis və gümüş hasilatçısıdır və Azərbaycanda da geniş istehsal və kəşfiyyat aktivləri portfelinə malikdir.
Azərbaycanda şirkətin əsas fəaliyyət arealı 300 kvadrat kilometr sahəsi olan "Gədəbəy" yatağıdır.