Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baydenin inauqurasiyasında bu ulduzlar da yer alacaq

Baydenin inauqurasiyasında bu ulduzlar da yer alacaq

Tarix: 15 Yanvar 2021 12:32

ABŞ-ın yeni seçilmiş Prezidenti Co Baydenin andiçmə mərasimində çıxış edəcək ulduzların siyahısı açıqlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dövlət himnini ifa edəcək Ledi Qaqa və konsertdə şou göstərəcək Cennifer Lopezdən sonra gecənin aparıcısının kimliyi, eləcə də digər sənətçilərin adları məlum olub.

Tədbiri Hollivud ulduzu, Amerikanın məşhur aktyoru Tom Xenks aparacaq. Proqramda musiqiçi Con Bon Covi, pop ulduzlar Castin Timberleyk və Demi Lovato da yer alacaq.

Qeyd edək ki, Co Baydenin inauqurasiya mərasimi yanvarın 20-də baş tutacaq.

Milli.Az


Etiketlər:  Baydenin inauqurasiyasında ulduzlar alacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ