Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan bunu heç zaman unutmayacaq - Düşmənə növbəti CAVAB - FOTO

Paşinyan bunu heç zaman unutmayacaq - Düşmənə növbəti CAVAB - FOTO

Tarix: 15 Yanvar 2021 13:15

Ermənistan indi quyruğunu gəmirən köpək vəziyyətindədir. Adətən bunu quduz itlər edərlər. 44 günlük müharibənin ağır məğlubiyyətinin hələ bir neçə il təsirindən ayılacaq kimi görünməyən Ermənistan hərbi-siyasi rəhbərliyi və cəmiyyəti revanş hissi ilə alışıb-yanır. Bunu istər Ermənistanın kapitulyasiyasının rəsmiləşdiyi 10 Noyabr bəyanatından dərhal sonra, istərsə də bu günlərdə edilən açıqlamalar, verilən bəyanatlarda açıq hiss etmək mümkündür. 

11 yanvar Moskva görüşündən İrəvana əliboş dönən Paşinyanın yürütdüyü siyasəti tənqid edən Ermənistanın müxalifət lideri Vazgen Manukyan RBC-ya müsahibəsində Azərbaycana olan nifrətlərinin heç zaman bitməyəcəiyini növbəti dəfə nümayiş etdirib. Manukyanın müsahibəsində işlətdiyi "Hazırda Ermənistanda Azərbaycana qarşı revanşizm barədə düşünmək mənasızdır. Müharibəyə yenidən başlamaq Ermənistanın maraqlarına cavab vermir" açıqlaması "Köpəyə yoldaşlıq et, amma çomağını yerə qoyma" misalını xatırlamağıma məcbur etdi. "Hazırda" ifadəsi, vəziyyətin hələ ki, növbəti savaş üçün əlverilşli olmadığı, müəyyən bir müddətdə ordunu bərpa etdikdən sonra müharibə etməliyik anlamına gəlir.

Qarşımızda bir yandan Azərbaycanla kommunikasiyaların açılması və iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsini istəyən Ermənistan, bir yandan da bu əlaqələr sonrası iqtisadi rifahını dirçəldərək Azərbaycandan intiqam almaq istəyən Ermənistan var. Düzü, Ermənistan yuxarıda qeyd etdiyim kimi, sanki quduz köpək beyni ilə idarə edilir. Sənə nə vaxt, necə hücum edəcəyi heç bəlli deyil. Bir yandan müharibədəki uğursuzluqları, digər yandan diplomatik meydanda ard-arda (10 Noyabr, 11 Yanvar) dünyanın gözü önündə Azərbaycanın diqtə etdiyi sənədlərə imza atması düşməni Ermənistan baş nazirinə yalnız daxili auditoriyaya oynamaqdan, onları aldatmaqdan başqa çıxış yolu qoymur. 

Bütün bu hadisələr fonunda Azərbaycan isə dayanmadan həm hərbi qüdrətini artırmaq, həm də işğaldan azad edilən ərazilərin bəpa edilməsi istiqamətində çox mühim addımlar atır. Bu baxımdan Ali Baş Komandan İlham Əliyevin bu gün Ermənistanın məğlubiyyətinin əsas səbəblərindən olan, "alınmaz qala" deyilən Şuşaya səfəri düşmənə gözdağı oldu. Prezidentin belə qısa zamanda Şuşaya səfəri, tarixi, mədəni və dini abidələri ziyarət etməsi, o yerlərlə bağlı xatirələrini və gələcək planları düşmənin bir addımlığında bəyan etməsi, onun sərkərdə kimi qətiyyətindən, ordusuna güvənindən və gücündən xəbər verir. Yeddi şərt qoyan Paşinyan, görəsən, indi hansı şərt qoya bilər?! Paşinyan Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edəndə bunun axırının necə olacağını fikirləşsəydi bəlkə bir də başqasına aid ola torpağa o vəziyyətdə gəlməzdi. Amma indi həmin torpaqların əsas sahibləri oradadır.

Cıdır düzü uzun illərdən sonra onu düşməndən azad edən sərkərdəsinə də qovuşdu. Və bu, Azərbaycanın qələbəsini bir daha simvolizə edən hadisə kimi erməni hərbi-siyasi rəhbərliyinə, ümumilkdə 3 onillikdə Ermənistanın başında olmuş dövlət başçılarına, onların havadarlarına, ümumilikdə bütün dünyaya kimin nəyə qadir olduğunu sübut etdi. Azərbaycan bununla da yeni mərhələyə qədəm qoyur...

Təhməz Əsədov


Etiketlər:  Paşinyan bunu heç zaman unutmayacaq Düşmənə növbəti CAVAB FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ