Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Samsung” şirkəti “Galaxy S21” smartfonunu təqdim edib

“Samsung” şirkəti “Galaxy S21” smartfonunu təqdim edib

Tarix: 15 Yanvar 2021 15:09

"Samsung" şirkəti "Galaxy S21" qabaqcıl smartfonlar seriyasını təqdim edib. Təqdimat şirkətin "YouTube" kanalında əlçatandır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, Cənubi Koreya brendinin yeni aparat xətti qabaqcıl "Galaxy S21" modeli, həmçinin "Galaxy S21 " və "Galaxy S21 Ultra" modellərindən ibarətdir. Satış regionundan asılı olaraq cihazlar "Snapdragon 888" və ya "Exynos 2100" prosessorları ilə təchiz ediləcək. "Dynamic AMOLED 2X" texnologiyası əsasında hazırlanmış displeylər şəkli 120 hersədək tezlikdə yeniləyə bilir.

 

"Galaxy S21" modeli digərlərindən plastik korpusu ilə fərqlənir. Model 6,2 düymlük ekranla təchiz edilib, "Galaxy S21 " və "Galaxy S21 Ultra" aparatları müvafiq olaraq 6,7 və 6,8 düym diaqonallı ekranlara malikdir. Qabaqcıl modellər 8 QB "LPDDR5" tipli əməli yaddaş və 128-dən 512 QB-dək daxili yaddaşla təchiz edilib. Bütün modellər "5G", "Bluetooth 5.0", "Wi-Fi 6", "NFC" modullarını dəstəkləyir və IP68 standartı üzrə sudan qorumaya malikdir.

 

"Galaxy S21" və "Galaxy S21 " aparatları 12, 12 və 64 meqapiksellik sensorlardan ibarət üçqat kameraya malikdir və 30 dəfə böyüdən "Space Zoom"u dəstəkləyir. Qabaqcıl "Galaxy S21 Ultra" modelinin arxa panelində 108, 12, 10 və 10 mp təsvir ölçüsünə malik 4 sensordan ibarət kamera yerləşdirilib. Böyük model, həmçinin lazer avtofokusu və 100 dəfə böyüdən "Space Zoom"a malikdir.

 

Seriyanın standart modelində akkumulyatorun tutumu 4000 milliamper/saat, "Galaxy S21 " modelində batareyanın tutumu 4800 milliamper/saat təşkil edir. "Galaxy S21 Ultra" modelində bu göstərici 5000 milliamper/saatdır.

 

"Galaxy S21" modelinin qiyməti 799 dollar, "Galaxy S21 " və "Galaxy S21 Ultra" modellərinin qiyməti isə müvafiq olaraq 999 və 1199 dollar təşkil edəcək.

 

Emil Hüseynov




Etiketlər:  Samsung şirkəti Galaxy S21 smartfonunu təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ