Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2021 16:16
Rusiyanın "COVID-19"a qarşı hazırladığı "Sputnik V" peyvəndinin rəsmi tvitter hesabına məhdudiyyət qoyulub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, platforma hesaba "Diqqət, bu hesab müvəqqəti olaraq məhdudlaşdırılıb. Bu hesabda qeyri-adi bir fəaliyyət aşkarladığımız üçün bu xəbərdarlığı alırsınız" ifadəsini yerləşdirib.
Bloklanmadan sonra Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) məlumat yayıb. Qeyd olunub ki, tvitterdə peyvənd haqqında bütün məlumatlar paylaşılıb. Bundan sonra hesab məhdudlaşdırılıb, RDIF tərəfindən səbəbləri araşdırılır.