Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2021 20:00
Böyük Britaniyadakı bəzi texnologiya şirkətləri ölkə daxilində işçilərin koronavirus epidemiyasına görə müvəqqəti dayandırılan işlərinə qayıtmalarını təmin etmək üçün sağlamlıq pasportlarının verilməsinə dair hökumətlə danışıqlar aparır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, "Onfido" biometrik şirkət COVID-19 testləri və üz tanıma texnologiyasından istifadə edərək sağlamlıq pasportlarının bir neçə ay ərzində hazır ola biləcəyini açıqlayıb.
Şirkət rəsmiləri pasportların verilməsinə görə antikoronavirus testlərindən və ya mövcud infeksiyanı göstərən antigen testlərindən istifadə edilə biləcəyini bildiriblər.
Qeyd edək ki, Krallığa təklif edilən sağlamlıq pasportu bəzi ölkələrdə sınaqdan keçirilib.