Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2021 10:24
"8 Noyabr" stansiyasında infrastruktur baxımından tamamlanma işləri görülür"
Bunu "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.az-ın sorğusuna cavab olaraq deyib.
O bildirib ki, stansiyasının açılışı ilə bağlı hələ ki, dəqiq tarix müəyyən olunmayıb:
"Stansiyanın açılışı ilə bağlı dəqiq tarix bəlli olanda bu barədə ictimaiyyətə məlumat veriləcək".
Qeyd edək ki, sosial şəbəkələrdə həmin stansiyanın yanvarın sonunda açılacağı ilə bağlı iddialar yayılıb.