Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2019 13:45
Bakı. Trend:
“Azərbaycan Sənaye Korporasiyası” (ASK) ASC tərəfindən Daşkəsən rayonu ərazisində yerləşən “Daşkəsən Zəylik Alunit Mədəni”ndə alunit filizi ehtiyatlarının qiymətləndirilməsi və müasir zənginləşdirmə texnologiyası ilə alunit filizindən gil-torpaq istehsalı üçün zəruri olan alunit konsentratının əldə edilməsi, hasil edilən alunit konsentratını emal etməklə tərkibindəki gil-torpaq, gübrələr və digər yararlı məhsulların çıxarılması üçün tətbiq olunacaq iqtisadi baxımdan səmərəli, ekoloji cəhətdən təhlükəsiz texnologiyanın seçimi, bu texnologiyanın laboratoriya, yarımsənaye və sənaye sınaqlarının aparılması, həmçinin ətraflı texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün tender elan olunub.
ASK-dən Trend-ə verilən məlumata görə, bu tenderin nəticələrinin dəyərləndirilməsi, əsas şərtlər toplusunun hazırlanması, təkliflərə baxılması, onların qiymətləndirilməsi və müqayisəsi məqsədilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-də Ekspertlər Şurası yaradılıb. Şuranın tərkibində “Azərbaycan Sənaye Korporasiyası” ASC və korporasiyanın nəzdində fəaliyyət göstərən “Azəralüminium” MMC, Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu və akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Kimya, neftkimya və neftqaz emalı sənayesində işlərin görülməsinə nəzarət müfəttişliyi və Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Yerin təkinin mühafizəsi və dağ-mədən nəzarəti müfəttişliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “AzərGold” QSC-nin Geoloji kəşfiyyat şöbəsi, Milli Geoloji Kəşfiyyat Xidməti, eləcə də xaricdən dəvət olunmuş metallurgiya üzrə təcrübəli mühəndis heyəti və məsləhətçi qrup - “Jaleem Engineers” MMC-nin boksit və alüminium sahələri üzrə məsləhətçisi Errol Jaeger, İstanbul Texniki Universitetinin metallurgiya mühəndisi Onuralp Yücel və metallurgiya mühəndisi Erman Car təmsil olunur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin