Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsmayıllı sakinlərindən 4 ədəd odlu silah götürülüb (FOTO)

İsmayıllı sakinlərindən 4 ədəd odlu silah götürülüb (FOTO)

Tarix: 16 Yanvar 2021 15:12

Bakı. Trend:

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları ayrı-ayrı vətəndaşlar tərəfindən evlərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində bir neçə uğurlu əməliyyat-axtarış tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, rayonun Qaraqaya kənd sakini A.Babayevdən “İJ”, həmkəndlisi V.Abbasovdan “Toz”, Buynuz kənd sakini E.Babayevdən və Diyallı kəndində yaşayan O.Baxışovdan “İJ” markalı qanunsuz saxladıqları ov tüfəngləri aşkar edilərək götürülüb.

Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

İsmayıllı sakinlərindən 4 ədəd odlu silah götürülüb (FOTO) - Gallery Image İsmayıllı sakinlərindən 4 ədəd odlu silah götürülüb (FOTO) - Gallery Image İsmayıllı sakinlərindən 4 ədəd odlu silah götürülüb (FOTO) - Gallery Image İsmayıllı sakinlərindən 4 ədəd odlu silah götürülüb (FOTO) - Gallery Image


Etiketlər:  İsmayıllı sakinlərindən 4 ədəd odlu silah götürülüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ