Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2021 15:44
"Tottenhem"in baş məşqçisi Joze Mourinyo komandada icarə əsasında çıxış edən Qaret Beyllə yeni müqavilə imzalanacağı haqda yayılan xəbərlərə münasibət bildirib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis bu məsələ ilə bağlı hələlik heç bir danışıq aparılmadığını deyib:
"Bu barədə 1 saniyə belə danışmamışıq. Beyl mövsümün sonunadək icarəyə götürülüb. Başqa müzakirələrə vaxt ayırmamışıq".
Qeyd edək ki, müqavilə ilə "Real"a məxsus olan uelsli oyunçu ötən ilin sentyabr ayında London klubuna keçib.