Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

2021-ci ilin martına qədər koronavirus qurbanlarının sayı 5 milyonu keçə bilər - Alimlər xəbərdarlıq edib

2021-ci ilin martına qədər koronavirus qurbanlarının sayı 5 milyonu keçə bilər - Alimlər xəbərdarlıq edib

Tarix: 17 Yanvar 2021 07:32

Bakı. Trend:

2021-ci il martın əvvəlinə qədər dünyada beş milyondan çox insan yeni koronavirusun qurbanı ola bilər.

Trend-in South China Morning Post qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Çin Xəstəliklərin Nəzarəti və Qarşısın alınması üzrə Mərkəzi, Çin Xalq Qurtuluş Ordusu və bəzi digər elmi- tədqiqat institutlarının alimləri xəbərdarlıq ediblər.

Alimlərin hesablamalarına görə, vəziyyətin xoşagəlməz inkişafı təqdirində bu il martın əvvəlinə qədər dünyada koronavirusa yoluxanların sayı 170 milyonu keçə bilər. Üstəlik, infeksiyaya yoluxma halların əksəriyyəti elm adamlarının 32 milyon yoluxma halı proqnozlaşdırdığı ABŞ-a düşəcək.

Tədqiqatçılar, həmçinin maskalar taxmaq və sosial məsafəni saxlamaq və 2021-ci ilin mart ayının əvvəlinə qədər kütləvi peyvəndləmə kimi lazımi təhlükəsizlik tədbirlərə riayət etdikdə, koronavirus qurbanlarının sayının 300 min nəfər olacağını bildiriblər.


Etiketlər:  2021 ci ilin martına qədər koronavirus qurbanlarının sayı 5 milyonu keçə bilər Alimlər xəbərdarlıq edib


RƏYLƏR