Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2021 15:12
İtaliyanın "Milan" klubunda iki futbolçu koronavirusa yoluxub.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bu barədə "rossonyerlər" rəsmi sayt vasitəsilə məlumat yayıb.
Bildirilib ki, komandadan götürülən testin nəticəsi iki aparıcı oyunçuda - müdafiəçi Teo Ernandes və yarımmüdafiəçi Hakan Çalhanoğluda pozitiv çıxıb. Hər iki futbolçu dərhal öz evlərində karantinə alınıb. Onlar komandanın növbəti matçlarını buraxacaq.
Qeyd edək ki, "Milan" A seriyasının XVIII turu çərçivəsində sabah "Kalyari"nin qonağı olacaq.