Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2021 16:36
"Mançester Siti" yay transfer pəncərəsində yeni futbolçular almaq üçün yüksək məbləğdə pul xərcləməyə hazırdır.
Qol.az "The Telegraph"a istinadən xəbər verir ki, "şəhərlilər" bu iş üçün 200 milyon funt-sterlinq ayıracaq.
Pep Qvardiola komandasında hücum xəttini gücləndirmək istəyir.
Həmçinin Premyer Liqa klubu bu mövsümün sonunda müqaviləsi bitəcək Fernandinyonun da yerinə yeni yarımmüdafiəçi almağı planlaşdırır.
Qeyd edək ki, "Mançester Siti" Premyer Liqanın turnir cədvəlində 31 xalla 4-cü pillədə qərarlaşıb.