Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Milan" onunla razılaşdı

Tarix: 17 Yanvar 2021 18:04

"Yuventus"un sabiq futbolçusu Mario Mandzukiç karyerasını "Milan"da davam etdirməyə yaxındır.

Qol.az "Calciomercato.com"a istinadən xəbər verir ki, klub artıq 34 yaşlı hücumçu ilə razılaşıb. Xorvatiyalı oyunçu İtaliya təmsilçisinə azad agent kimi keçəcək. Onunla mövsümün sonuna kimi müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Mandzukiçin son klubu "Əl-Duhail" olub. O, Qətər təmsilçisindən ötən il ayrılıb.

Milli.Az


Etiketlər:  Milan onunla razılaşdı


RƏYLƏR