Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real" Poqbadan imtina edir

Tarix: 17 Iyul 2019 16:00

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın "Real"a keçidi bu yay alınmaya bilər.

Qol.az-ın "Marca" nəşrinə istinadən yaydığı xəbərə görə, buna səbəb mankunyanların fransalı yarımmüdafiəçi üçün tələb etdiyi təzminat məbləğidir. "Qırmızı şeytanlar" 26 yaşlı oyunçuya 200 milyon avro qiymət qoyub ki, bu da "kral klubu" üçün kifayət qədər yüksək məbləğ hesab olunur.

İspaniya mətbuatı iddia edir ki, "Mançester Yunayted" rəhbərliyi bununla Poqbanı komandada saxlamaq istədiklərini bildirib. Hətta komandanın baş məşqçisi Ole-Qunnar Sulşerin yeni mövsümdən kapitanlıq sarğısını Poqbaya həvalə edəcəyi gözlənilir.

Qeyd edək ki, Poqba ilə "Real"dan başqa, "Yuventus" da yaxından maraqlanır.

 


Etiketlər:  Real Poqbadan imtina edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ