Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

175 nəfərlik qrup itkin həkimi axtarır

175 nəfərlik qrup itkin həkimi axtarır

Tarix: 18 Yanvar 2021 19:54

Qocaəlinin Qartəpə mahalında 5 gün əvvəl evindən çıxaraq bir daha dönməyən 51 yaşlı həkimin axtarışları davam edir.

Milli.Az unikal.org-a istinadən bildirir ki, özəl bir xəstəxanada çalışan Ortopediya və Travmatoloji mütəxəssisi Uğur Tolun 13 yanvarda Qaratəpədəki evindən ayrılıb. Son olaraq mikroavtobusu ilə Maşukiyədə görünən Uğur Tolundan xəbər alınmayıb.

Jandarma Axtarış Qurtarma (JAK), AKUT, İHH  və  xilasetmə  qrupları bölgədə axtarış işlərini davam etdirir. Həmçinin  bölgəni tanıyan vətəndaşlar da işlərə dəstək verir.

Jandarmaya aid izləmə itlərinin istifadə edildiyi araşdırmalarda  4 pilotsuz təyyarə də cəlb olunub.

Milli.Az


Etiketlər:  175 nəfərlik qrup itkin həkimi axtarır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ