Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2021 20:26
Böyük Britaniyada iyun ayının sonunadək 18 yaşdan yuxarı hər kəs peyvənd olacaq.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, hökumət tərəfindən qəbul edilən qərara əsasən 15 fevral tarixinə qədər 15 milyon insanın peyvəndlənməsi nəzərdə tutulur. Peyvənd ilk növbədə səhiyyə işçilərinə, qocalar evində olan şəxslərə və hərbçilərə tətbiq olunur.
"Pfizer / BioNTech" və "Oksford Universiteti və AstraZeneca" şirkətləri tərəfindən hazırlanan peyvəndlər bu günə qədər Krallıqda 3,5 milyondan çox insana vurulub.
Qeyd edək ki, Böyük Britaniyada "Pfizer / BioNTech", "Oksford Universiteti və AstraZeneca" və "Moderna" peyvəndləri qeydiyyatdan keçib. "Johnson & Johnson" peyvəndinin isə qısa müddətdə təsdiqlənməsi gözlənilir. Bununla da, ölkədə qeydiyyatdan keçən peyvənd sayı 4-ə yüksələcək.