Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2021 16:06
"Liverpul"un futbolçusu Məhəmməd Salah gələcəyi ilə bağlı planlarından danışıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, mümkün qədər uzun müddət İngiltərə təmsilçisində qalmaq istədiyini deyib:
"Amma hər şey klubun əlindədir. Bu komandada son dəqiqəyə qədər hər zaman əlimdən gələni edəcəyəm, mümkün qədər çox kubok qazanmaq istəyirəm. Həm də mənə bütün bu müddətdə sevgilərini verən insanlar üçün yüz faiz ən yaxşısını etmək istəyirəm".
Qeyd edək ki, 28 yaşlı hücumçunun "Liverpul"la hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.