Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Lenovo” əlavə ekrana malik noutbuk nümayiş etdirib

“Lenovo” əlavə ekrana malik noutbuk nümayiş etdirib

Tarix: 19 Yanvar 2021 19:56

"Lenovo" şirkəti tərəfindən təqdim edilmiş "ThinkBook Plus Gen 2 i" noutbukunun özəlliyi elektron kağız texnologiyasına əsaslanan böyükölçülü əlavə ekrana malik olmasıdır. Yenilik "CES 2021" sərgisində təqdim edilib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki,  leptop 2560x1600 piksel təsvir ölçüsünə malik 13,3 düymlük əsas ekrana malikdir. Ekran sensor idarəetməni və elektron qələmlə işi dəstəkləyir.

Noutbukun qapağında hər bir elektron kitab sahibinə tanış olan "E Ink" paneli yerləşdirilib. 2560 x 1600 piksel təsvir ölçülü 12 düymlük ekran sensor idarəetməni dəstəkləyir.

Milli.Az


Etiketlər:  Lenovo əlavə ekrana malik noutbuk nümayiş etdirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ