Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Atletiko" müdafiəçi aldı - rəsmi

Tarix: 17 Iyul 2019 21:12

"Atletiko" növbəti transferini həyata keçirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Madrid təmsilçisi "Tottenhem"in müdafiəçisi Kiran Trippieri heyətinə cəlb edib. 28 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb.

İspaniya mətbuatı bu transfer üçün "Atletiko"nun 22 milyon avro təzminat ödəyəcəyini yazıb.

Qeyd edək ki, Trippier ötən mövsüm 38 matçda 1 qol vurub, 5 qolun ötürməsini verib.

 


Etiketlər:  Atletiko müdafiəçi aldı rəsmi


RƏYLƏR