Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstan klubu növbəti mərhələdə - Avropa Liqası

Gürcüstan klubu növbəti mərhələdə - Avropa Liqası

Tarix: 17 Iyul 2019 22:32

Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları davam edir.

Qol.az-ın məlumatına görə, bu gün daha bir görüş keçirilib. Gürcüstanın "Çixura" klubu doğma meydanda Lüksemburq təmsilçisi "Fola" ilə qarşılaşıb. İlk oyunda səfərdə 2:1 hesablı qələbə qazanan gürcülər  bu matçda da rəqibini eyni hesabla məğlub edib.


Qeyd edək ki, Avroliqadakı təmsilçilərimiz "Neftçi" və "Səbail" isə cavab oyunlarını sabah keçirəcək. "Ağ-qaralar" Moldovada 3:0 hesabı ilə məğlub etdiyi "Sperantsa"nı bu dəfə Bakıda qəbul edəcək. "Dənizçilər" isə evdə 2:3 uduzduğu "Universitatya"nın qonağı olacaq.

Xatırladaq ki, bu mərhələnin ilk 3 oyunu dünən olub.


Avropa Liqası

1-ci təsnifat mərhələsinin cavab oyunu

17 iyul

20:00. "Çixura" (Gürcüstan) - "Fola" (Lüksemburq) - 2:1
İlk oyun - 2:1

 


Etiketlər:  Gürcüstan klubu növbəti mərhələdə Avropa Liqası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ