Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2021 11:04
"Prezident İlham Əliyev məmurlara növbəti xəbərdarlığını etdi".
Bunu Sonxeber.net-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.
Sədr müavini bildirib ki, bütün məmurlar Prezidentin atdığı addımlardan ciddi şəkildə nəticə çıxartmalıdırlar:
"Cənab Prezident İlham Əliyevin bu günə qədər dəfələrlə məmurlara yönəlik çıxışları olub və iki gün əvvəl Sumqayıt səfəri zamanı bir daha məmurlara xəbərdarlıq etdi. Prezident məmurların törətdikləri nöqsanları qabardaraq onlara bütün bunlardan nəticə çıxarmağı, baş vermiş qüsurların qısa müddət ərzində aradan qaldırmağı və təmizlik işlərinin aparmasını tövsiyyə etdi. Hər zaman şahidik ki, ciddi şəkildə iradlar bildirən Prezident təmizləmə prosesini aparır, məmurlar cəzalandırılır, işdən çıxarılır, cinayət işi açılır və yaxud da həbsə alınırlar. Bütün bunlar üçün də çox ciddi əsaslar olur. Buna səbəb həm özlərinin fəaliyyətlərindəki nöqsanlar, həm də külli miqdarda korrupsiya hallarının baş verməsi faktları olur. Hər kəs bütün bunların şahidi olur".
N.Orduxanlı deyib ki, bəzi məmurlar öz fəaliyyətlərində dönüş etməlidirlər:
"Bu gün bütün məmurlar Prezidentin atdığı addımlardan ciddi şəkildə nəticə çıxarmalıdırlar. Əks halda sələflərinin aqibəti ilə qarşılaşacaqlar. Prezdent bəyan etdi ki, heç bir məmur özünü toxunulmaz hiss etməsin və xalqın xidmətçisi olsunlar. Özlərini xüsusi bir imtiyazlı kimi görməsinlər. Düşünürəm ki, Ali Baş Komandan bəzi məmurlara xəbərdalıq etdi və onlar öz fəaliyyətlərində dönüş etməlidirlər. Əks halda daha sərt addımların atılacağının şahidi olacaqlar".
Təhməz Əsədov