Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Estoniyada koronavirusun "Britaniya" ştammı aşkarlanıb

Estoniyada koronavirusun

Tarix: 20 Yanvar 2021 20:28

Bakı. Trend:

Estoniyada koronavirusun Böyük Britaniyada aşkarlanan yeni ştammına ilk yoluxma halı qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Estoniyanın Səhiyyə Departamentinin baş direktorunun müavini Mari-Anne Xyarma bildirib.

Onun sözlərinə görə, koronavirusun yeni ştammı İngiltərədən gələn üç Estoniya vətəndaşında aşkarlanıb.

Qeyd edək ki, Estoniyada hazırkı dövrədək 38 544 nəfər koronavirusa yoluxub, onlardan 349 nəfəri ölüb.


Etiketlər:  Estoniyada koronavirusun Britaniya ştammı aşkarlanıb


RƏYLƏR