Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2019 04:16
Bakı. Trend:
Türkiyənin F-35 proqramında iştirakı 2020-ci ilin mart ayında tamamilə dayandırılacaq.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə ABŞ müdafiə nazirinin satınalmalar üzrə müavini Ellen Lord deyib.
E.Lord bildirib: "Biz bunu 2020-ci ilin mart ayında dayanadıracağıq".
Onun sözlərinə görə, ABŞ 2018-ci ildən alternativ tədarükçülərin axtarışı ilə məşğul olub və buna görə də Türkiyənin iştirakının dayandırılmasının proqrama təsiri minimal olacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin