Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2021 11:52
İşsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən şəxslərə birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin yenidən verilib-verilməyəcəyi ilə bağlı məsələ geniş müzakirə olunur.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, sosial şəbəkələrdə müzakirələr zamanı birdəfəlik yardımın yanvar ayı üçün ödəniləcəyi ilə bağlı məsələ daha çox insanları maraqlandırır.
Qeyd edək ki, ötən il dekabrın 30-da ƏƏSMN tərəfindən ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə bağlı işsiz və karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara cari ilin yaşayış minimumu həcmində birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatdırılıb.
2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmişdi. Bu müddət bir ayı əhatə etdiyi üçün 190 manat birdəfəlik yardım da həmin tarixi əhatə edir.