Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda əhalinin banklarda əmanəti daha çox xarici valyutadadır

Azərbaycanda əhalinin banklarda əmanəti daha çox xarici valyutadadır

Tarix: 18 Iyul 2019 09:42

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda banklara əmanətlərin 57,4 faizi xarici, 42,6 faizi isə milli valyutada qoyulub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2019-cu il iyun ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq 8622,9 milyon manat təşkil edib.

Əmanətlərin 57,4 faizi xarici, 42,6 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 25,8 faiz artıb, xarici valyutada əmanətlər isə təqribən eyni səviyyədə qalıb.

İyun ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya - 1,92 (1,92) manata, 100 rus rubluna isə 2,65 (2,61) manata bərabər olub.


Etiketlər:  Azərbaycanda əhalinin banklarda əmanəti daha çox xarici valyutadadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ