Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2021 19:42
Kəskin leykozun müalicəsində əsas məqsəd xəstənin ömrünün uzadılmasına xidmət edir.Bu,müxtəlif preparatlar vasitəsilə leykoz hüceyrələrinin məhv edilməsi,aqranulositoz,trombositopeniya,anemiya və leykoza qarşı yönəldilmiş müalicə üsullarından ibarətdir.Bu proqramlardan istifadə etməklə yaşlı xəstələrdə 60-80% remissiya əldə etmək olur.Müalicə tam və dəqiq aparıldıqda 20-30% cavan xəstələrdə tam sağalma əldə etmək olur.
Kəskin leykoz zamanı müalicə prinsipləri zaman aşağıdakılara üstünlük verilir:
* Diaqnoz qoyulduqdan sonra dərhal müalicə başlanılmalıdır.
* Müalicə kəskin leykozun morfoloji və sitokimyəvi tipindən asılı olaraq differensasiyalı olmalıdır.
* Eyni vaxtda bir neçə preparatdan istifadə edilməlidir.
* Leykopeniya əldə edilməsinə nail olunmalıdır.
* Remissiya mərhələsində saxlayıcı müalicənnin aparılması zəruridir.
Müalicədə əsas məqsəd orqanizmin leykemik hüceyrələrdən təmizlənməsidir ki,bu da müxtəlif təsir mexanizmlərinə malik,çoxlu sayda kimiya terapiyalarının eyni zamanda tətbiq olunması sayəsində əldə edilir.
Müalicə zamanı kimiyaterapiyanın aparılması bir neçə mərhələdə ayırd edilir:
* Remissiyanın əldə olunması.
* Remissiyannın möhkəmləndirilməsi.
* Residiv əleyhinə mübarizə.
* Neyroleykemiyanın profilaktikası.
Leykoz hüceyrələri məhv edildikdən sonra saxlayıcı müalicə tədbirləri tətbiq edilir.Bu zaman sitozar və rubomisinin kombinasiyasi ilə birlikdə prednizalon yeridilməsi ilə aparılr.