Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2021 10:50
Xaçmaz rayonunda arvadını öldürməyə cəhddə təqsirləndirilən Cavid Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılmaq üçün hakim İradə Həsənzadənin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, hadisə ötən il avqustun 24-də saat baş verib.
Xaçmaz rayon sakini Yazbahar Ağayevanın bıçaqlanaraq xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib və faktla bağlı cinayət işi başlanılıb.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri Cavid Ağayevin qısqanclıq zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Yazbahar Ağayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq orqanı tərəfindən Cavid Ağayevin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.