Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2021 17:51
Böyük Britaniyanın "Anglo Asian Mining" şirkəti Qarabağda üç müqavilə sahəsində kəşfiyyat işlərini aparacaq.
Sonxeber.net bu barədə şirkətə istinadən məlumat verir.
Qeyd olunub ki, şirkət Azərbaycan hökumətinin icazəsi alındıqdan sonra Söyüdlü, Qızılbulaq və Vecnəli sahələrinin potensialını qiymətləndirəcək:
"Erməni işğalı müddətində hər üç müqavilə sahəsində faydalı qazıntıların qanunsuz hasilatı aparılırdı".
Şirkətdən bildiriblər ki, həm mövcud mədənlərin yaxınlığında, həm də müqavilə sahələrindəki geoloji istiqamətlərdə mühüm geoloji-kəşfiyyat potensialı mövcuddur.