Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldu “yox” dedi, Messidən cavab gözləyir

Ronaldu “yox” dedi, Messidən cavab gözləyir

Tarix: 23 Yanvar 2021 16:40

"Yuventus"un hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanından təklif alıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, portuqaliyalı superulduz bu ölkəni turizm məkanı kimi reklam etmək istəməyib.

35 yaşlı forvarda reklam kampaniyasına qatılması üçün 6 milyon avro təklif edilsə də, Ronaldunun cavabı mənfi olub. Buna razılıq versəydi, ölkəni ziyarət etməli idi. Bənzər təklif "Barselona"nın kapitanı Lionel Messiyə də edilib və argentinalının cavabı gözlənilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı reklam kampaniyasına futbol ulduzlarını cəlb edərək turizm cazibəsini artırmağa çalışır. FİFA prezidenti Canni İnfantino da bu yaxınlarda futbolçuları Səudiyyə Ərəbistanını gəzməyə çağırıb.

Milli.Az


Etiketlər:  Ronaldu yox dedi Messidən cavab gözləyir


RƏYLƏR