Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstan quru sərhədlərini açacaqmı?

Gürcüstan quru sərhədlərini açacaqmı?

Tarix: 23 Yanvar 2021 17:40

Gürcüstan yaxın gələcəkdə quru sərhədlərini açmağı planlaşdırmır.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin müavini, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili deyib.

"Qonşu ölkələrdə virusun yayılma dinamikası Gürcüstanla müqayisədə daha yüksəkdir. Sərhədlərin açılması virusun Gürcüstana daxil edilməsi riskini əhəmiyyətli dərəcədə artıra bilər. Bu səbəbdən ölkəmiz hələlik quru sərhədləri açmağı planlaşdırmır", - Tskitişvili bildirib.

O, quru sərhədlərindən fərqli olaraq, hava məkanının infeksiya üzərində daha çox nəzarət təmin etdiyinə inandığını söyləyib.

Qeyd edək ki, bundan əvvəl Gürcüstan hökuməti fevralın 1-dən etibarən bütün istiqamətlər üzrə müntəzəm uçuşların bərpa edilməsi barədə qərar qəbul edib


Etiketlər:  Gürcüstan quru sərhədlərini açacaqmı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ