Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qədrimi öləndən sonra biləcəklər'' - FOTO

''Qədrimi öləndən sonra biləcəklər'' - FOTO

Tarix: 23 Yanvar 2021 18:22

Müğənni Serdar Ortaç karantin günlərində yaşadıqlarından danışıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, ifaçı keçmiş günlərdə etdiyi işlərə baxıb həsəd apardığını deyib:

"Köhnə kliplərə baxıram, nə gözəl işlər görmüşük. İnsanlar, hər şey dəyişdi. Əvvəl heç kim repin üzünə baxmırdı, indi hamı dinləyir. Əvvəl Müslüm Gürsesin öz dinləyicisi var idi. İndi bütün yüksək təbəqə ona qulaq asır. Amma yaratmağa davam edirəm. Mahnılar bəstələyirəm".

Şəxsi həyatından danışan Serdar "Boşanandan sonra depressiyaya düşdüm. Ona görə də evlilik kitabını bağladığımı dedim. Onda Seçilin qarşıma çıxacağını hardan bilərdim? Seçil deyir ki, sən ulduzsan. Düzdür, istedadımın fərqindəyəm. 30 il əvvəl bir gözəl əsərə imza atmışam. Hərdən deyirəm ki, Allah, nə savab iş gördüm ki, bu istedadı mənə verdin. Bir çoxları dəyərimi mən öləndən sonra biləcəklər. Məni çox axtaracaqlar. Etdiyim işlər ortada" sözlərini əlavə edib.


Etiketlər:  Qədrimi öləndən sonra biləcəklər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ