Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2019 18:12
Bakı. Trend:
“Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan olunub.
Trend-in məlumatına görə, iyulun 18-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində Milli Mətbuat Günü ərəfəsində KİV nümayəndələri ilə görüş keçirilib.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib ki, oktyabrın 1-10-da ölkəmizdə əhalinin növbəti siyahıyaalması keçiriləcək. O, fərdi jurnalist yazıları müsabiqəsinin əhalinin növbəti siyahıyaalmasının cəmiyyətdə təbliğinə öz töhfəsini verəcəyini bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə yazı müsabiqəsinin əhalinin siyahıyaalma ilə bağlı dolğun məlumatlandırılmasında bir vasitə olacağını qeyd edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin