Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peyvəndləmədən əvvəl və sonra orqanizmdə vitamin balansını qorumaq lazımdır

Peyvəndləmədən əvvəl və sonra orqanizmdə vitamin balansını qorumaq lazımdır

Tarix: 25 Yanvar 2021 23:54

Artıq bir neçə gündür ki, yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılıb. Vaksinasiyadan əvvəl və sonra, həmçinin sonrakı günlərdə qida rasionu hər kəsi maraqlandıran məsələlərdən biridir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova bu barədə deyib: "Əvvəla, bu məsləhətləri nəinki vaksinasiyaya hazırlaşan və vaksinasiya olunan, eləcə də sağlam olanlara da məsləhət görürük. İlk növbədə, çoxlu meyvə-tərəvəz və zülallı qidalar - yumurta, balıq, toyuq əti və qırmızı ət qəbul etmək lazımdır. Məsələ burasındadır ki, immun hüceyrələri zülal mənşəlidir və zülal defisiti olduqda virus və mikroblara qarşı müqavimət zəifləyir. Ona görə də zülallı, proteinli qidalara üstünlük vermək, nisbətən az yağlar, ən az isə karbohidratların qəbul olunması məsləhət görülür".

Onun dediyinə görə, insan orqanizmi hər zaman immun sistemini möhkəmləndirən zülal və vitaminlərlə zəngin olmalıdır. Peyvənd vurulduqdan sonra da orqanizmdə vitamin balansını, xüsusilə də D vitaminini qorumaq çox böyük əhəmiyyət daşıyır.

"Vaksinasiyaya hazırlaşanlarda xüsusi növ allergiyası və yüksək hərarəti yoxdursa, COVID-19-un aktiv dövrü deyilsə, rahat şəkildə peyvənd etdirə bilərlər. COVID-19-a yoluxub sağalanlar orqanizmdə D vitamininin miqdarını yüksək səviyyədə saxlamağa çalışmalıdırlar, çünki ilin bu fəsli günəşli günlərin sayı az olduğuna görə onu xaricdən qəbul etməlidirlər. Həmin vitaminlər həm də antioksidantlardır. Sink və D vitamini koronavirus zamanı müqavimətin artırılması üçün vacib elementlər hesab olunur", - deyə həkim-diyetoloq əlavə edib.

Pandemiya halını alan COVID-19 virusu ilə mübarizə nə qədər çətin olsa da, xəstəliyə tam qalib gəlməyin yeganə yolu peyvənd olunmaq, orqanizmdə güclü immunitet sistemi yaratmaq və gigiyenik qaydalara əməl etməkdir.


Etiketlər:  Peyvəndləmədən əvvəl sonra orqanizmdə vitamin balansını qorumaq lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ