Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

2019-cu ilin birinci yarısında Bakıda 28 quldurluq hadisəsi qeydə alınıb

2019-cu ilin birinci yarısında Bakıda 28 quldurluq hadisəsi qeydə alınıb

Tarix: 18 Iyul 2019 18:46

Bakı. Samir Əli - Trend:

İlin birinci yarısında Bakıda 28 quldurluq hadisəsi qeydə alınıb.

Trend-in məlumatına görə, bunu bu gün Bakı şəhər prokurorluğunda keçirilən geniş əməliyyat müşavirəsində çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov deyib.

İ.Abbasov qeyd edib ki, bundan başqa hesabat dövründə 103 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Prokurorun sözlərinə görə, ümumilikdə quldurluq hadisələrindən 7-si, yol-nəqliyyat hdisələrindən isə 5-i bağlı qalıb.

Bakı şəhər prokuroru əlavə edib ki, "2019-cu ilin birinci yarısında şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluqda icraatda olan 590 işdən 252-i, daxili işlər orqanlarının istintaq aparatlarının icraatında olan 6680 cinayət işindən 2183-nün istintaqı tamamlanıb: "Hesabat dövründə törədilmiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən Bakı şəhər prokurorluğunun İstintaq idarəsində aparılan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 7.579.457 manat maddi ziyandan 43.8 %-i yəni 3.316.706 manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 19.337.628 manat maddi ziyandan 92 %-i yəni, 17.772.953 manatı istintaq zamanı ödətdirilib".


Etiketlər:  2019 cu ilin birinci yarısında Bakıda 28 quldurluq hadisəsi qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ