Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2021 15:20
Bakı. Zeyni Cəfərov, tərcümə Orxan Nəbiyev - Trend:
Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərində bank infrastrukturunun inkişafı "Access Bank"ın diqqət mərkəzindədir.
Bunu Trend-ə "Access Bank"ın Pərakəndə bankçılıq departamentinin rəhbəri İlkin Quliyev deyib.
Onun sözlərinə görə, uzunmüddətli perspektivdə Füzuli, Cəbrayıl, Kəlbəcər, Ağdam və Şuşa şəhərlərində bank mərkəzlərinin açılması məsələsi nəzərdən keçirilir. Bununla bağlı konkret qərarlar bu ilin birinci rübünün sonunda qəbul olunacaq.
Bankın depozit siyasəti barədə danışan İ.Quliyev bildirib ki, depozitlər bankın əsas məhsuludur. O qeyd edib ki, bankın ümumi depozit portfeli 630 milyon manata bərabərdir. Əhalinin depozitləri ümumi depozit portfelinin 75 faizini təşkil edir.