Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2021 22:22
ABŞ Senatı Entoni Blinkenin Dövlət Departamentinin rəhbəri postuna namizədliyini təsdiqləyib.
"RİA Novosti" agentliyi bu barədə senatdakı səsvermənin nəticələrinə istinadən xəbər yayıb.
Qeyd olunur ki, Entoni Blinken ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin yaxın tərəfdaşlarından biri hesab olunur.
O, Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin birinci müavini və dövlət katibinin birinci müavini vəzifələrində çalışıb.