Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yunanıstanlı Despina Tsovilis AŞPA-nın yeni Baş katibi seçilib

Yunanıstanlı Despina Tsovilis AŞPA-nın yeni Baş katibi seçilib

Tarix: 27 Yanvar 2021 08:00

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Baş katibi vəzifəsinə yunanıstanlı Despina Şatsivasiliu-Tsovilis seçilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Parlament Assambleyasının 72 illik tarixində ilk dəfə olaraq Baş katib vəzifəsinə qadın seçilib. O, martın 1-dən başlayaraq 5 il müddətdə bu vəzifədə olacaq. Elektron formatda keçirilən seçkilərdə üzvlərin 96,46 faizi iştirak edib.

Despina Şatsivasiliu-Tsovilisi 21 ildir AŞPA-da çalışır. Bu müddət ərzində o, qurumun Monitorinq Komitəsinə və siyasi məsələlər komitəsinə rəhbərlik edib. Qurumda karyerasına 1993-cü ildə İnsan Haqları üzrə Avropa Komissiyasında başlayıb.

AŞPA parlamentariləri tərəfindən keçirilən digər seçkilərdə norveçli Bjorn Berj Baş katibin müavini seçilib. O, bu vəzifəyə seçkilərdə türkiyəli namizəd Leyla Kayacıkla (112 səs) müqayisədə daha çox səs toplayaraq qalib gəlib.

Hazırda Avropa Şurasının Baş direktoru və Nazirlər Komitəsinin katibi olan B.Berj bundan əvvəl 7 il müddətində Baş katibin xüsusi ofisinin direktoru və Baş katibin müavini vəzifələrində çalışıb.

Milli.Az


Etiketlər:  Yunanıstanlı Despina Tsovilis AŞPA nın yeni Baş katibi seçilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ