Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aktrisanın bütün bahalı əşyaları müsadirə olundu

Aktrisanın bütün bahalı əşyaları müsadirə olundu

Tarix: 27 Yanvar 2021 15:36

Türkiyəli iş adamı Yusuf Araz Kemerburgaz da yerləşən lüks villasını uzun müddətdir aktrisa Defne Samyeliyə kirayəyə verib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, maliyyə probleminə görə tərəflər arasında xeyli müddətdir gərginlik yaşanır. Belə ki, Defne ötən ilin martından aylıq kirayə haqqı olan 16 min 720 lirəni (yəni 3 min 862 manatı) ödəmir.

Bundan əsəbiləşən iş adamı Samyelinin qaldığı mənzilə həbs qoydurub. Evdə aktrisaya məxsus bahalı əşyaların hamısı müsadirə edilib.

Yusufun vəklili Iyaz Çimen Defnenin evdən çıxması və 2 illik kirayə haqqını ödəməsi üçün onu məhkəməyə verdiklərini bildirib.


Etiketlər:  Aktrisanın bütün bahalı əşyaları müsadirə olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ