Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Fənərbağça" Özili təqdim etdi

Tarix: 27 Yanvar 2021 18:56

"Fənərbağça" yeni transferi Məsut Özili ictimaiyyətə təqdim edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi bu gün media önünə çıxıb.

Təqdimat mərasiminə klubun prezidenti Ali Koç, Özilin həyat yoldaşı Əminə Gülşə və qızı da qatılıb. Türk əsilli almaniyalı futbolçu tədbirdə 3,5 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, son olaraq "Arsenal"da çıxış edən Məsut Özilin "Fənərbağça"da illik maaşı 5 milyon avrodur.

Milli.Az


Etiketlər:  Fənərbağça Özili təqdim etdi


RƏYLƏR