Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Azərbaycana getmək istəyərəm” - Məsut Özil

“Azərbaycana getmək istəyərəm” - Məsut Özil

Tarix: 27 Yanvar 2021 19:50

"Bütün Azərbaycana salam olsun".

Milli.Az apasport.az-a istinadla bildirir ki, bunu "Fənərbağça"nın yeni transferi Məsut Özil deyib.

Türkiyə klubu ilə bu gün münasibətləri rəsmiləşdirən ulduz futbolçu Azərbaycandakı "Fənərbaxça" azarkeşlərinə səslənib. İdman Araşdırmalar Mərkəzinin (İAM) keçirdiyi sorğunun nəticəsində Azərbaycanda "İlin döyüşkən legioneri" seçilən yarımmüdafiəçi ölkəmizə gəlmək arzusunu da dilə gətirib: "Hər kəsə təşəkkür edirəm. Qismət olarsa, Azərbaycana getmək istəyərəm. Təkcə oradakı "Fənərbaxça"lılara deyil, bütün Azərbaycana salam göndərirəm".

Qeyd edək ki, Məsut Özil "Fənərbaxça" ilə 3,5 illik müqavilə bağlayıb.

Milli.Az


Etiketlər:  Azərbaycana getmək istəyərəm Məsut Özil


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ