Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda “Sputnik V”nin istifadəsinə icazə verildi

İranda “Sputnik V”nin istifadəsinə icazə verildi

Tarix: 28 Yanvar 2021 18:38

İran Səhiyyə Nazirliyinin nəzdindəki dərman və qida məhsullarına nəzarət təşkilatı Rusiyanın "Sputnik V" peyvəndinin istifadəsinə icazə verib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kianuş Cahanpur açıqlama verib.

"Qamaleya Tədqiqat İnstitutunun inkişaf etdirdiyi "Sputnik V" peyvəndinin təcili istifadəsinə icazə verildi",- deyə Cahanpur rəsmi tvitter hesabında bildirib.

O həmçinin qeyd edib ki, İran hazırda Hindistan, Çin və Rusiyadan gətirilən digər peyvəndlərin öyrənilməsinə davam edir.

Xatırladaq ki, daha əvvəl İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Moskva səfəri zamanı Rusiyanın "Sputnik V" peyvəndinin İranda uğurla qeydiyyata alındığını və Tehranın tezliklə Rusiya Federasiyasının iştirakı ilə peyvəndin birgə istehsalına başlayacağını açıqlamışdı.


Etiketlər:  İranda Sputnik Vnin istifadəsinə icazə verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ