Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya bu 4 ölkə ilə uçuşları dayandırır

Almaniya bu 4 ölkə ilə uçuşları dayandırır

Tarix: 28 Yanvar 2021 18:56

Almaniya koronavirusla mübarizə tədbirləri çərçivəsində İngiltərə, Cənubi Afrika Respublikası (CAR), Braziliya və Portuqaliya ilə hava əlaqəsini dayandırmağa hazırlaşır.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Federal Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, mutasiyaya uğramış yeni virusun daha çox yayıldığı İngiltərə, CAR, Braziliya və Portuqaliya kimi ölkələrlə hava əlaqəsi ciddi şəkildə məhdudlaşdırılacaq və Niderland, Danimarka da həmin siyahıya daxil ediləcək.

Hava ilə yanaşı, quru sərhədləri də bağlanacaq.

Digər tərəfdən, Almaniyada risk zonası elan edilən ölkələrdən gələn bütün sərnişinlərdən neqativ test nəticələrini tələb edən bir sənəd istənilib.


Etiketlər:  Almaniya ölkə ilə uçuşları dayandırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ